RU

Azərbaycanda işsizliyin sayı artıb - STATİSTİKA

2026-cı il yanvarın 1-i tarixinə olan məlumata görə, Azərbaycanda işsizlərin sayı 2025-ci il yanvarın 1-i ilə müqayisədə 22 600 nəfər və ya 10,4% artaraq 239 800 nəfər təşkil edib.

Ölkə.Az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Dövlət Statistika Komitəsinin hesabatında deyilir: "2026-cı il yanvarın 1-i tarixinə Dövlət Məşğulluq Agentliyinin yerli idarələrində qeydiyyatdan keçmiş işsizlərin sayı 239 800 nəfər təşkil edib ki, onların da 51,9%-i qadınlardır (1 yanvar 2025-ci il tarixinə 47,6%)".

Bundan əlavə, noyabr ayı ilə müqayisədə dekabr ayında işsizlərin sayı 0,2% və ya 0,5 min nəfər artıb.

Statistikaya görə, orta aylıq işsizlik sığorta ödənişi 452,8 manat təşkil edib (1 yanvar 2025-ci il tarixinə 394,9 manat).

Избранный
111
olke.az

1Источники