RU

"Tottenhem" "Liverpul"un müdafiəçisini transfer etməyə çalışır

İngiltərənin "Tottenhem" klubu Premyer Liqanın digər təmsilçisi "Liverpul"un müdafiəçisi Endryu Robertsonun transferini həyat keçirməyə çalışır.

"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

31 yaşlı şotlandiyalı futbolçunun "Liverpul"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Tərəflər arasında yeni sözləşmə imzalanmayacağı bildirilib.

London təmsilçisi bu yay müdafiəçini azad agent statusu ilə heyətinə qatmağa çalışır. Keçid rəsmiləşməsə də, tərəflər arasında razılığın əldə olunması üçün danışıqlar müsbət yöndə davam edir.

Qeyd edək ki, Endryu Robertson 2017-ci ildən "Liverpul"un formasını geyinir.

Избранный
90
far.az

1Источники