RU

"Qaytarılan torpaq" Şirvan şəhərində FOTO

Yanvarın 22-də Şirvan Mədəniyyət Mərkəzində rejissor Vahid Mustafayevin 2022-ci ildə çəkdiyi "Qaytarılan torpaq" sənədli filmi nümayiş etdirilib.Şirvan şəhərinin İcra Hakimiyyətinin başçısı İlqar Abbasov filmin müəllifi və rejissoru Vahid Mustafayevə və filmin baş qəhrəmanı Rasim Müzəffərliyə xatirə hədiyyələri təqdim edib.

Qeyd edək ki, 1993-cü ilin avqust ayında işğal olunan Füzuli şəhəri bir talelər toplusu olaraq bizə iki əks qütblü yolun yolçusu olan füzulililəri nümayiş etdirir.

Bu, erməni artilleriyasının dayanmadan şəhəri dağıdan mərmilərindən şəhəri məcburən tərk edən gənc, iki balaca uşaq anası, müəllimə Hürrüyə Hüseynova və əksinə, Bakıdan Füzulini qorumaq üçün gəlib əlinə silah alan bəstəkar-şair Rasim Müzəffərlinin hekayələridir. Hər iki hekayə 1993-cü ildə reportyor Vahid Naxışın kamerasına həkk olunaraq tamaşaçının ixtiyarına “Qaytarılan torpaq” sənədli filmi ilə, 2022-ci ildə rejissor Vahid Mustafayevin dramaturju xətti ilə təqdim olunur.

1993-cü ildə ekstremal şəraitdə, güllələrin altında çəkilən real insan taleləri illər sonra filmin qəhrəmanlarının yenidən o yerlərdən keçərək yaşadığı hisslər, yarımçıq qalan və yenidən doğan ümidlər və əlbəttə, 30 il əvvəl qəhrəmanların Füzulidən çıxaraq itirdikləri və qoruduqları dəyərlər filmin ana xəttini təşkil edir. Filmin leytmotivində torpağa olan münasibətdən bəhs edilir...Vahid Mustafayev çəkdiyi real kadrlardakı məkanları 2022-ci ildə yenidən filmində müqayisəli istifadə edərək,  1993-cü il avqustun 23-də olan vəziyyəti tam aydınlıqla bizə göstərir. Gözəl və 90-cı illər üçün müasir infrastruktura malik şəhər 29 il Ermənistan hərbi qüvvələrinin işğalı altında qalaraq görünməyən vandallıqla tamamilə məhv edilib. Bu dəhşətli hadisələri Füzulini tərk edən Hürrüyə xanım və əksinə, şəhərə daxil olan Rasim Müzəffərli necə xatırlayırlar... Niyə Hürrüyə xanım doğma şəhərini tərk etdi və ya niyə Rasim müəllim əlindəki silahla Füzulini xilas edə bilmədi, bu və digər tariximizi formalaşdıran suallara “Qaytarılan Torpaq” filmində cavab tapılır.

Şirvan ictimaiyyəti üçün təqdim edilən “Qaytarılan Torpaq” filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Избранный
95
anspress.com

1Источники