RU

"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi

BAKI, 23 yanvar. TELEQRAF

Azərbaycan Premyer Liqasının XVII turunda “İmişli” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu oyun həm də “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun ilk rəsmi matçı olub.

Bu nəticədən sonra Jorj Kaşkilyanın rəhbərlik etdiyi kollektiv xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. Andrey Demçenkonun komandası isə 26 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Neftçi” və “Zirə” komandaları üz-üzə gələcək. “Palms Sport Arena”da keçiriləcək görüş saat 19:00-da start götürəcək.

Избранный
17
teleqraf.com

1Источники