Müğənni Mənzurə Musayeva sosial şəbəkələrdə növbəti dəfə müzakirə yaradıb.
Bizim.Media xəbər verir ki, buna səbəb onun “Rəngarəng” verilişində Türkiyənin paytaxtını bilməməyi olub.
Belə ki, Mənzurə aparıcı Zaur Nəbioğlunun “Türkiyənin paytaxtı haradır?” sualına “İstanbul” cavabını verib.
Bundan sonra digər qonaqlar “Ankara” deyərək Mənzurənin səhvini düzəldiblər.
Qeyd edək ki, o, daha öncə müğənni İbrahim Tatlısesin öldüyünü dediyi üçün gündəm olmuşdu.
Sara, Bizim.Media