Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-ninİdarə Heyətinin sədri Vüsal Aslanov ilə “Stadler Rail Group”şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin rəhbərlik etdiyinümayəndə heyəti arasında görüş keçirilib.
Trend xəbərverir ki, bu barədə "Bakı Metropoliteni"QSC məlumat yayıb.
Bildirilir ki, görüşdə 2025–2030-cu illəri əhatə edən DövlətProqramı çərçivəsində görüləcək işlər, eləcə də minimum istismarxərcləri olan 300-dək yeni vaqonun alınması məsələləri müzakirəolunub. Layihələrin Beynəlxalq Maliyyə İnstitutlarının dəstəyi iləhəyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
Bununla yanaşı, hərəkətin idarə olunması üçün müasir işarəverməsistemlərinin (CBTC) Bakı metrosunda yaradacağı müsbət təsirlərətrafında fikir mübadiləsi aparılıb və bildirilib ki, cari ilinsonunda bu istiqamətdə tenderin elan olunması, prosesin isə2028–2030-cu illəri əhatə etməsi planlaşdırılır.
Peter Şpuler "Stadler" şirkətinin müxtəlif ölkələrdə həyatakeçirdiyi layihələr və yeni texnologiyalar üzrə təcrübələri barədəməlumat verərək bu bilikləri Bakı Metropoliteni ilə bölüşməyə hazırolduqlarını qeyd edib.