Ajans.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb. BNR xəbər verir ki, “12 hakimin hamısı Radevin istefası ilə bağlı yekdilliklə qərar qəbul edib; bu, qətidir və bu gün qüvvəyə minir”. Radev çərşənbə axşamı Konstitusiya Məhkəməsinə istefa ərizəsini təqdim edib. Ərizə təqdim edildikdən sonra Radevin prezident kimi səlahiyyətləri dayandırılıb və ölkə konstitusiyasına uyğun olaraq vitse-prezident İliana Yotova onun səlahiyyətlərini icra edəcək. İliana Yotova prezident vəzifəsini Radevin səlahiyyət müddətinin sonuna qədər – 22 yanvar 2027-ci ilə qədər yerinə yetirəcək. Radev bazar ertəsi xalqa müraciətində istefa vermək niyyətini açıqlayıb. O bildirib ki, onun rəhbərliyi altında Bolqarıstan Avropaya inteqrasiya prosesini – Şengen zonasına və avrozonaya qoşulmağı – başa çatdırıb, lakin yaxınlarda bir neçə ciddi hökumət böhranı ilə üzləşib. Qeyd olunur ki, Bolqarıstanın müasir tarixində ilk dəfə prezident səlahiyyət müddətinə vaxtından əvvəl son qoyur və ölkənin ən yüksək dövlət vəzifəsini ilk dəfə qadın icra edəcək.