1-ci Liqa təmsilçisi "Zaqatala" heyətinə iki yeni futbolçu qatıb.
Bu barədə Fanat.Az-a bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov məlumat verib:
"Artıq iki futbolçu ilə müqavilə bağlamışıq. Bunlar ötən mövsüm də "Zaqatala"da çıxış edən Rüstəm Nuriyev və son klubu "Difai" olan Kamil Qardaşovdur".
Xatırladaq ki, hazırda 17 xalı olan "Zaqatala" 1-ci Liqanın turnir cədvəlində 17 xalla 5-ci pillədə qərarlaşıb. Zirvədə isə 30 xala malik "Şəfa" mövqe tutub.
Nihat