RU

Tramp: ABŞ-ın bir çox ştatlarını güclü soyuq gözləyir

Tramp: ABŞ-ın bir çox ştatlarını güclü soyuq gözləyir

ABŞ Prezidenti Donald Tramp ölkənin 40 ştatında kəskin soyuqların olacağını açıqlayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, iqlim dəyişikliyinə qarşı çıxan fəalların proqnozlarının əksinədir.

Tramp "Truth Social" hesabında yazıb: “40 ştatı əhatə edəcək rekord soyuqluq dalğası gözlənilir. Belə bir hal demək olar ki, əvvəllər olmayıb. Eko-fəallar izah edə bilərlərmi, qlobal istiləşmə haradadır?”

Məqalədə həmçinin bildirilir ki, ABŞ hökuməti iqlim dəyişikliyi və sıfır emissiya təşəbbüslərinin ölkəyə təhlükə yaratdığını hesab edir və bunların artıq Avropa ölkələrinə ziyan vurduğunu vurğulayır.

ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında “enerji liderliyinin bərpası” əsas vəzifələrdən biri kimi göstərilib, neft, qaz, kömür və nüvə enerjisi də daxil olmaqla bütün əsas enerji mənbələrinin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Избранный
9
afn.az

1Источники