RU

Qazaxda gənclər üçün atıcılıq yarışı keçirildi - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən icra olunan “Qalib Lider, Güclü Gənclik: İlham Əliyev və Azərbaycanın Zəfər Tarixi” layihəsi çərçivəsində Qazax Olimpiya İdman Kompleksində gənclərin iştirakı ilə atıcılıq üzrə təşkilat birinciliyi yarışı keçirilmişdir.

QHT.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihənin məqsədləri, əhəmiyyəti və donor qurum olan Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi barədə iştirakçılara ətraflı məlumat vermişdir. O, layihənin əsas hədəfinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderlik fəaliyyətinin gənclər arasında təbliği, milli ruhun və vətənpərvərlik hissinin gücləndirilməsi olduğunu xüsusi vurğulamışdır.

Mütəxəssislər tərəfindən turnirin qaydaları izah olunduqdan sonra atıcılıq yarışına start verildi. Turnirdə 16 komandanın 66-dan iştirakçısı qeydiyyatdan keçmişdir. Turnir gərgin idman mübarizəsi şəklində davam etmiş və 2 (fərdi və komanda) kateqoriya üzrə qaliblər müəyyən olunmuşdur.

Kateqoriyalar üzrə fərqlənənlər və onların nəticələri aşağıdakı kimi olmuşdur:

Fərdi kateqoriya:

I yer – Kənan Məmmədzadə (29 xal)

II yer – Səma Osmanlı (26 xal)

III yer – Rəfiqə Qarabozova (15 xal)

Komanda üzrə:

I yer – Yuxarı Salahlı komandası (72 xal)

II yer – Qazax şəhər 3 nömrəli komandası (68 xal)

III yer – Caylı 2 nömrəli komandası (58 xal)

Qaliblər medal və diplomlarla mükafatlandırılmışdır. Turnirdə iştirak edən qonaqlar fərqlənən idmançıların mükafatlandırılmasında iştirak etmişlər. Turnirin sonunda iştirakçılar bu cür maarifləndirici və idman yönümlü tədbirlərin mütəmadi olaraq keçirilməsinin gənclərin fiziki və mənəvi inkişafına mühüm töhfə verdiyini bildirərək, gələcəkdə də bu tip layihələrin davam etdirilməsini arzulamışlar.

Избранный
39
qht.az

1Источники