RU

Unai Emeri tarixə düşdü: Bunu bacaran ilk məşqçidir

“Aston Villa” klubunun baş məşqçisi Unai Emeri Avropa Liqasında 100-cü matçını keçirib.

Publika.az xəbər verir ki, bununla da o, bu göstəriciyə çatan ilk məşqçi olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yanvarın 22-də “Villa” Avropa Liqasının səfər oyununda Türkiyənin “Fənərbağça” klubunu 1:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə İngiltərə təmsilçisi turnirin 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

54 yaşlı Unai Emeri karyerası ərzində Avropa Liqasını dörd dəfə qazanıb. O, üç dəfə “Sevilya” ilə (2013/2014, 2014/2015, 2015/2016 mövsümləri), bir dəfə isə “Vilyarreal”la (2020/2021) bu uğura imza atıb. Emerinin rəhbərliyi altında “Arsenal” 2018/2019 mövsümündə Avropa Liqasının finalına yüksəlsə də, Bakıda keçirilən həlledici oyunda “Çelsi”yə 1:4 hesabı ilə uduzub.

Избранный
14
publika.az

1Источники