RU

Bakıda satıcı qıza banan alan şəxs həbs olundu

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakının Nərimanov rayonunda marketdə satıcı xanımı təhqir edən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən marketlərin birində baş verib. 

1982-ci il təvəllüdlü D.F. satıcı R.T. adlı xanıma qarşı nalayiq ifadələr işlətdiyi üçün saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 510–cu maddəsi ilə protokol tərtib olunub. 

İşə məhkəmədə baxılıb. Təqsirləndirilən şəxs marketdə çalışan xanıma yaxınlaşmaqda pis məqsədi olmadığını deyib: "Onunla tanış olmaq istədim. Daha sonra banan alaraq yeməsi üçün ona təqdim etdim. Qadına qarşı heç bir nalayiq ifadə işlətməmişəm. Sadəcə ona banan yeməsini təklif etmişəm".

Məhkəmənin hökmü ilə D.F. 5 gün müddətinə inzibati həbs olunub.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
3
qaynarinfo.az

4Источники