RU

Ermənistan XİN Trampın niyə Əliyevlə görüşdüyünü KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Ermənistanın Xarici İşlər Nazirliyi Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Trampın Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirməməsinə aydınlıq gətirib.

Məsələ erməni ekspertləri və yerli KİV-lər arasında suallar doğurub.

KONKRET.az xəbər verir ki, forum çərçivəsində Donald Tramp yalnız iki dövlət başçısı ilə tam formatlı ikitərəfli görüş keçirib. Bunlar Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenskidir. ABŞ liderinin NATO-nun baş katibi ilə təmasları isə rəsmi ikitərəfli görüş formatına daxil edilməyib.

Ermənistan XİN-in izahına görə, Trampın görüş qrafiki və prioritetləri konkret geosiyasi və təhlükəsizlik məsələləri ilə bağlı formalaşıb. Nazirlik bildirib ki, ABŞ Prezidenti hazırda regional və qlobal təhlükəsizlik gündəmində daha mühüm rol oynayan ölkələrin liderləri ilə görüşlərə üstünlük verib və bu çərçivədə Azərbaycan Prezidenti ilə görüş məhz bu amillərlə əlaqədardır.

Qeyd olunub ki, Paşinyanla görüşün baş tutmaması Ermənistan–ABŞ münasibətlərində hər hansı gərginlik anlamına gəlmir və diplomatik təmaslar digər platformalar vasitəsilə davam etdirilir.

Natiq Səlim,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
2
konkret.az

3Источники