Milyarder Donald Trampla fikir ayrılıqlarını aradan qaldırıb və respublikaçılara yenidən milyonlarla dollar ayırmağa hazırlaşır...
Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin yazdığına görə, milyarder iş adamı və texnologiya maqnatı İlon Mask ABŞ-nin daxili siyasətində yenidən fəallaşır. Mask Donald Trampla aralarındakı gərginliyi aradan qaldırdıqdan sonra Respublikaçılar Partiyasına maliyyə dəstəyini bərpa edib və artıq bu istiqamətdə milyonlarla dollar vəsait ayırmağa başlayıb.
Mənbələrin bildirdiyinə görə, Maskın siyasi planları hələlik tam formalaşmayıb və onun səylərinin miqyası dəqiq müəyyən olunmayıb. O, ianələri ya 2024-cü il prezident seçkilərində Donald Trampın kampaniyasını dəstəkləmək üçün özü və tərəfdaşları tərəfindən yaradılmış America PAC vasitəsilə, ya da digər siyasi fəaliyyət komitələri və konkret seçki kampaniyaları üzərindən həyata keçirməyi nəzərdən keçirir.
Qeyd olunur ki, 2026-cı ildə Mask əsas diqqəti Donald Trampa səs vermiş, lakin yalnız prezident seçkilərində iştirak edən elektoratın fəallaşdırılmasına yönəltməyi planlaşdırır. Məqsəd bu seçiciləri aralıq (midterm) və digər seçkilərdə də aktiv səs verən daimi elektorata çevirməkdir.
Mənbələrin məlumatına əsasən, Respublikaçılar Partiyasının aparıcı fiqurları, o cümlədən ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Maskı Palata nümayəndələri və Senatda respublikaçıların cüzi çoxluğunu qorumaq üçün partiyaya dəstək verməyə çağırıblar. Respublikaçı dairələr Maskın maliyyə və təşkilati imkanlarının 2026-cı il seçkilərində həlledici rol oynaya biləcəyini düşünür.
Poliqon.info