RU

Mətbuat Şurasında gənclərlə maraqlı görüş

Yanvarın 22-də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri və gənc üzvlər Azərbaycan Mətbuat Şurasını ziyarət ediblər.

Doğru.az xəbər verir ki, ziyarət zamanı heyət Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid ilə görüşərək CASCFEN-in fəaliyyəti və gələcək planları barədə məlumat verib. Qeyd olunub ki, təşkilat yeni dönəmdə gənc və fəal şəxslərin irəli çəkilməsinə üstünlük verəcək.

Rəşad Məcid gənclərlə tanışlıqdan məmnunluğunu ifadə edib, əvvəlki layihələrindən danışıb və rəhbərlik etdiyi “525-ci qəzet”in gənclər üçün doğma məkan olduğunu vurğulayıb. O, CASCFEN-in gənclərə geniş meydan yaratmasını təqdir edərək onlara tövsiyələrini verib.

Görüş xatirə şəkli ilə yekunlaşıb.

DOĞRU.AZ

Избранный
91
4
dogru.az

5Источники