RU

Əli Əsədov Fransina Armenqol ilə Azərbaycan–İspaniya münasibətlərində yeni əməkdaşlıq imkanlarını müzakirə etdi

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-dəİspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqolilə görüşüb.

Trend xəbər verir ki, bubarədə Nazirlər Kbineti məlumat yayıb.

Baş nazir Ə.Əsədov bir neçə gün əvvəl İspaniyada baş vermişqatar qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədarF.Armenqola başsağlığı verdi.

Görüşdə Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrinmüxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi bildirildi,dövlətlərarası münasibətlərin dostluq və qarşılıqlı hörmətprinsiplərinə əsaslandığı qeyd edildi.

Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunularaq parlamentsəviyyəsində qarşılıqlı səfərlərin və təmasların önəmivurğulandı.

İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən dəticarət-iqtisadi, investisiya, enerji, o cümlədən bərpa olunanenerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalıəməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.

Məqalədə:
Избранный
96
15
az.trend.az

10Источники