RU

Qadın başını MRT etdirəndən sonra İFLİC OLDU – 97 min manatlıq FACİƏ

Britaniyalı qadın bir sıra beyin MRT müayinələrindən sonra iflic olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Böyük Britaniyada tibbi prosedur faciəvi sonluqla bitib. Qadın baş beynin MRT müayinəsindən sonra iflic vəziyyətinə düşüb.

Bu prosedur və ondan sonrakı reabilitasiya ona 45 min funt sterlinqə (təxminən 96 750 manat) başa gəlsə də, həkimlər onu sağaltmaq əvəzinə əlil arabasına məhkum edib və antidepresanlarla “müalicə” ediblər.

Məlumata görə, 45 yaşlı veterinar tibb bacısı Kler Qarret başından aldığı zərbədən sonra həkimə müraciət edib.

Ona qadolinium (kontrast maddə) istifadə edilməklə bir neçə MRT müayinəsi təyin olunub. Lakin maddənin yeridilməsindən sonra qadında ürək problemləri yaranıb, nevroloji vəziyyəti pisləşib və birləşdirici toxuma pozğunluğu başlayıb.

Analiz nəticələri göstərib ki, prosedurlardan aylar keçməsinə baxmayaraq, onun orqanizmində təhlükəli səviyyədə qadolinium qalıb. Bu, Klerin orqanizmin zəhərlənməsi ilə bağlı qorxularını təsdiqləyib.

Hazırda çarəsiz qalan pasiyent itirilmiş sağlamlığına görə mübarizə aparır və dəymiş ziyanın ödənilməsini tələb edir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
12
interpress.az

1Источники