RU

Alimlər 66 milyon il əvvəl baş vermiş iqlim kataklizminin səbəbini müəyyən ediblər

Bakı. Trend:

Tədqiqatçılar 66 milyon il əvvəl Yer kürəsində isti tropikşəraitin şiddətli buzlaşma ilə əvəz olunduğu iqlim kataklizmininsəbəbini müəyyən ediblər.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Tədqiqata görə, temperaturun düşməsi okeanda kalsiumsəviyyəsinin kəskin azalması ilə əlaqələndirilir.

Sauthempton Universitetinin alimləri Çin, ABŞ, İsrail,Danimarka, Almaniya, Belçika və Hollandiyadan olan həmkarları iləbirlikdə dəniz dibi çöküntülərində tapılan kiçik orqanizmlərinfosillərini təhlil ediblər. Bu, qədim okeanların kimyəvi tərkibinimüəyyən etməyə imkan verib.

Tədqiqatın nəticələri dəniz suyundakı kalsium konsentrasiyalarıilə atmosfer karbon qazı səviyyələri arasında aydın birkorrelyasiya olduğunu göstərib. Kalsium səviyyəsi artdıqca,okeanlar daha az karbon udur və atmosferə karbon qazı buraxır ki,bu da istixana effektinə, habelə qlobal istiləşməyə səbəb olur.Kalsium səviyyəsi azaldıqca, dəniz orqanizmləri atmosferdən karbonudaha aktiv şəkildə udur və onu okean dibinə yerləşdirir. Bu prosesYer kürəsinin atmosfer tərkibini dəyişdirib və nəticədətemperaturun azalmasına səbəb olub. Dəniz dibində çökmə sürətininazalması süxurlar və dəniz suyu arasında kimyəvi mübadiləninazalmasına səbəb olub.

Избранный
73
az.trend.az

1Источники