RU

Günorta yuxusunun gözlənilməz faydaları aşkarlandı

Bakı. Trend:

Hətta qısa müddətli gündüz yuxusu belə beynin bərpa olunmasınavə yeni məlumatları daha yaxşı mənimsəməsinə kömək edir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu qənaətə Cenevrə Universiteti vəFrayburq Universitetinin Tibb Mərkəzinin tədqiqatçılarıgəliblər.

Araşdırmanın nəticələri “NeuroImage” elmi dərgisində dərcolunub.

Alimlər müəyyən ediblər ki, gün ərzində təxminən 40–50 dəqiqəlikyuxu aktiv gün ərzində toplanan neyron əlaqələrinin “həddən artıqyüklənməsini” azaltmaq üçün kifayətdir.

Oyaqlıq zamanı sinir hüceyrələri arasındakı əlaqələr tədricəngüclənir ki, bu da öyrənmə üçün vacibdir. Lakin zaman keçdikcə buproses doyma mərhələsinə çatır və yeni məlumatları qəbul etməqabiliyyəti azalır.

Yuxu isə bir növ “sinaptik təmizlənmə” prosesini işə salaraqbeynin resurslarını azad edir.

Məqalədə:
Избранный
102
1
az.trend.az

3Источники