RU

2025-ci ildə hücumlar zamanı 12 sülhməramlı və 9 mülki şəxs ölüb - BMT hesabatı

Bakı. Trend:

2025-ci ildə qəsdən törədilən hücumlar nəticəsində azı 21 BMTəməkdaşı - 12 sülhməramlı və 9 mülki şəxs həlak olub.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu rəqəmlər BMT-nin Beynəlxalq mülkixidmətin təhlükəsizliyi üzrə daimi komitəsinin cümə axşamı günüyaydığı hesabatda yer alıb.

Hesabatda qeyd edilir ki, buraya təşkilatın Qəzza müharibəsizamanı həlak olan əməkdaşları daxil deyil, çünki onlar qəsdəntörədilən hücumların hədəfi olmayıb.

Komitənin məlumatına görə, həyatını itirən BMT işçilərindənaltısı banqladeşli, beşi sudanlı, ikisi cənubi afrikalı olub.Qalanları Cənubi Sudan, Uruqvay, Tunis, Ukrayna, Bolqarıstan,Fələstin, Keniya və Zambiyadan olanlardır.

2024-cü ildə qəsdən törədilən hücumlarda 5, 2023-cü ildə isə 11BMT əməkdaşının həlak olduğu bildirilir.

Məqalədə:
Избранный
70
10
az.trend.az

10Источники