RU

Ukrayna Avropa Birləşmiş Qüvvələrinə qoşula bilər

Ukrayna müharibə bitdikdən sonra Avropa Birləşmiş Qüvvələrinə qoşula bilər.

Bu sözləri prezident Vladimir Zelenski bunu jurnalistlərlə söhbətində bildirib. “Hər kəs başa düşür ki, bizim ən böyük və ən təcrübəli, əsl müharibə təcrübəsi olan ordumuz var. Bunu hər kəs başa düşür.

Çünki biz müharibədəyik. Və buna görə də Ukrayna ordusu Avropa Birləşmiş Qüvvələrinin əsasını təşkil edə bilər. Bunun üçün bir neçə addım atılmalıdır, hansı ki, Ukraynanın bu gün buna vaxtı yoxdur”, – deyə prezident qeyd edib.

O izah edib ki, bunlar hüquqi və bürokratik, eləcə də hökumətin hazırda çatışmayan maliyyələşdirmə cəlb etmək üçün atılan addımlardır. “Biz ilk növbədə cəbhəyə diqqət yetiririk”, – deyə Zelenski izah edib.

//Samir Qurbanov, Editor.az

Избранный
32
editor.az

1Источники