RU

Ürəyinə stent qoyulandan sonra ölən kişini əməliyyat edən həkim DANIŞDIVİDEO

"Appro Hospital"da ürəyinə stent qoyulan xəstə dünyasını dəyişib.

56 yaşlı Cəmil Qafarovun ailəsi onun ölümünə həkim məsuliyyətsizliyinin səbəb olduğunu iddia edir.

Xezerxeber.az xəbər verir ki, mərhumun həyat yoldaşı Zahirə Qafarovanın sözlərinə görə, 56 yaşlı Cəmil Qafarovun səhhəti yanvarın 15-də evdə qəflətən  pisləşib. O bildirir ki, Cəmil Qafarova ilk yardımı təcili tibbi yardım xidmətinin əməkdaşları  edib. Bundan  sonra o, qismən də olsa özünü yaxşı hiss edib. Bir neçə saat  sonra ailə üzvləri Cəmil Qafarovun yenidən özünü narahat hiss etdiyini görüb "Appro Hospital"aparıblar.

Mərhumun həyat yoldaşı iddia edir ki, birinci əməliyyatdan sonra Cəmil Qafarov özünü yaxşı hiss edib və palataya köçürülüb. İki gün sonra kordioloq cərrah  Rafiq Xəlilov ailəyə məlumat verib ki,  xəstəyə ikinci stendin qoyulması üçün təcili əməliyyat lazımdır. Əməliyyatdan sonra isə onun vəziyyəti ağırlaşıb. Ailə onu da iddia edir ki, ölüm halı ilə bağlı ailəyə çox gec məlumat verilib.

Kardioloq-cərrah Rafiq Xəlilov isə mərhum Cəmil Qafarovun ürəyin  kəskin koronar sindromu diaqnozu ilə hospitalizasiya olunduğunu bildirdi.

"Appro Hospital"dan  bildirildi ki, ölümün dəqiq səbəbləri məhkəmə tibbi ekpertiza tərəfindən araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
113
1
xezerxeber.az

2Источники