RU

Telegram bir gündə 348 mindən çox qanun pozan kanal və qrupu silib » AzadMedia.az


Ötən cümə axşamı “Telegram” mesenceri platforma qaydalarını pozan 348 620 kanal və icmanı silib. Bu barədə xidmətin rəsmi statistikasında məlumat yer alıb.
Qeyd olunan göstərici ilin əvvəlindən bəri ən yüksək nəticələrdən biri hesab olunur. Daha genişmiqyaslı birdəfəlik bloklama yalnız 1 yanvar tarixində qeydə alınıb – həmin gün 542 994 kanal və qrupun fəaliyyəti dayandırılıb. Ümumilikdə isə ilin əvvəlindən bu günədək “Telegram” 3 milyon 957 min 198 icmanı bloklayıb. Onlardan 12 278-i terror fəaliyyəti ilə əlaqəli resurslar olub.
Şirkətin məlumatına görə, platformada moderasiya sistemi 2015-ci ildən fəaliyyət göstərir və istifadəçi şikayətləri ilə yanaşı, maşın öyrənməsi əsasında aparılan proaktiv monitorinqi özündə birləşdirir. 2024-cü ilin əvvəlindən etibarən bu mexanizmlər süni intellekt texnologiyaları ilə daha da gücləndirilib.
Xatırladaq ki, “Telegram” 2013-cü ildə rusiyalı iş adamı Pavel Durov tərəfindən yaradılıb. Mesencer müxtəlif formatlarda mesaj və media mübadiləsinə imkan verir. Hazırda platformanın aylıq aktiv istifadəçilərinin sayı 1 milyard nəfəri ötür.
Избранный
164
1
azadmedia.az

2Источники