
Vaqif Abdullayev Siyasi elmlər doktoru, professor sabiq deputat
Son illərdə dünya siyasətində inkaredilməz bir reallıq özünü daha açıq müstəvidə əks etdirməkdədir – siyasi və iqtisadi cəhətdən zəif olan dövlətlər düzgün diplomatiya yürüdə bilmədikdə, eləcə də qlobal güclərin qarşıdurmasında yanlışlığa yol verdiyi halda, həmin güclərin ambisiyalarının qurbanı olurlar.
Biz bunu ötən əsrin sonlarında müstəqilliyimizin ilk illərində yaşadıq, Azərbaycan böyük dövlətlərin geosiyasi burulğanına düşərək ərazisinin 20 faizini itirdi.
Azərbaycan əlverişli coğrafiyada yerləşməsinə və zəngin neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq, həmin illərdə siyasi sabitlik və iqtisadi inkişafa keçidi təmin edə bilmədi
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində köklü dəyişiklik baş verdi və ölkəmiz balanslaşdırılmış, heç bir tərəf tutmadan müstəqil siyasət həyata keçirməyə başladı.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” manifestini rəhbır tutan Ulu öndərin qətiyyətli islahatları sayəsində güclü iqtisadiyyat qurdu, regional enerji və nəqliyyat layihələri ərsəyə gətirdi.
Azərbaycan öz iqtisadi gücə əsaslanaraq Cənab İlham Əliyevin sarsılmaz iradəsi sayəsində ərazilərini işğaldan azad edərək yeni reallıqlar yaratdı.
Bu gün bu reallığı ABŞ, Avropa ölkələri, bütün dünya etiraf edir. Bu günlərdə Davosda keçirilən dünya forumunda bir daha Azərbaycanın siyasi qətiyyətinin və iqtisadi gücünü bir daha yaxından müşahidə etdik.
Prezident İlham Əliyevlə görüşən siyasi liderlərin hər biri Onun yaratdığı müasir geosiyasi reallıqlara, siyasi lider keyfiyyətlərinə heyran olduqlarını etiraf etdilər.
Davosda keçirilən görüşdə D.Trampın İlham Əliyevi xüsusi etimad göstərməsi və şəxsən görüşməsi, ötən ilin avqustun 8-də Ermənistanla paraflanmış sülh sazişindən sonrakı keçən 5 ay ərzində Cənubi Qafqazda yaratdığı yeni əməkdaşlığı yüksək dəyərləndirməsi dünya ictimaiyyətinin diqqətindən yayınmadı.
Bu, bir daha Azərbaycanın siyasi-iqtisadi nüfuzunu, beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu və regional lider kimi qlobal güclər tərəfindən qəbul edildiyini təsdiqləyir.
Bu gün Orta Dəhliz, Zəngəzur dəhlizi, Asiya ilə Avropanı birləşdirən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin təşəbbüskarı Azərbaycan olduğundan dünya gücləri ölkəmizin şərtləri ilə barışır.
Davosda panel müzakirələrində iştirak edən Ermənistan Prezidenti Vaaq Xaçaturyanın “İlham Əliyevin dediklərindən sonra söz demək çətindir” etirafı da bu reallıqlara verilən qiymətdir.
Nüfuzlu Şeyx Zayed Fondunun İlham Əliyevi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görməsi də Azərbaycan liderinə olan etimadın sübutudur.
Bir sözlə, Azərbaycan son 30 ildə böyük dövlət iradəsi və əzmi ortaya qoyaraq güclənməklə dünya birliyində qətiyyətli tərəfdaş kimi qəbul olunur, heç kimin ölkəmizə hansısa diqtəsi mümkün deyil.
Bütün bunlar ona göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu sabitlik və inkişaf erası davam edərək yeni reallıqlar fonunda özünü daha da möhkəmləndirməkdədir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта