RU

“İran rejimi iqtisadi özünü-yandırma ritualla məşğuldur” - ABŞ-ın maliyyə naziri

“İran rejimi iqtisadi özünü-yandırma ritualı ilə məşğuldur. Bu proses prezident Trampın maksimum təzyiq kampaniyası nəticəsində daha da sürətlənib. Tehranın öz xalqı əvəzinə terrorçuları dəstəkləmək qərarı İran valyutasının məzənnəsinin kəskin ucuzlaşmasına və ölkədə yaşayış şəraitinin pisləşməsinə gətirib çıxarıb”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent bildirib.

Bessentin sözlərinə görə, bugünkü sanksiyalar İranın öz xalqını boğmaq üçün istifadə olunan vəsaitlərlə təmin edən sistemin ən vacib komponentinə qarşı yönəlib: “Daha əvvəl də qeyd edildiyi kimi, Maliyyə Nazirliyi rejim tərəfindən oğurlanmış və onun ümidsizlik içində İran hüdudlarından kənardakı banklara köçürməyə çalışdığı on milyonlarla dolları izləməyə davam edəcək”.

Bizim.Media

Избранный
20
1
bizim.media

2Источники