RU

İranda 5000-dən insan çox həlak olub

İranda iqtisadi problemlər üzündən başlayan etirazlarda ölənlərin sayı 5002-yə çatıb. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İran İnsan Haqları Aktivistləri xəbər agentliyi məlumat yayıb. Məlumata görə, ölkənin müxtəlif yerlərində baş verən hadisələr nəticəsində 26752 nəfər saxlanılıb. Nümayişlər zamanı baş verən toqquşmalarda 207 təhlükəsizlik işçisi də daxil olmaqla 5002 nəfər həyatını itirib.

Qeyd edək ki, İranda etirazlar Tehranın Böyük bazarında yerli valyutanın xarici valyutalara qarşı sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən tacirlərin rəhbərliyi ilə başlamışdı. Ardınca etirazlar müxtəlif şəhərlərdə müşahidə edilmişdi.

Избранный
14
8
metbuat.az

10Источники