RU

"Vilyarreal" fantastik rəqibdir"

 Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa La Liqanın 21-ci turunda “Vilyarreal”la oyundan öncə jurnalistlərin suallarını cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis oyunun çətin keçəcəyini bildirib:

“Vilyarreal fantastik rəqibdir, amma qələbə qazanmaq üçün hansı oyunu sərgiləməli olduğumuzu bilirik. Düşünürəm ki, bu, bizim üçün ən çətin səfər matçlarından biri olacaq. Bəzi çətinliklərlə üzləşmişik, lakin ‘Monako’ ilə oyun dönüş nöqtəsi ola bilər. Ümid edirəm ki, bu, real irəliləyişin başlanğıcıdır. Futbolçuların necə böyük həvəslə çalışdığını görürəm və bu tempi qoruya biləcəyimizə inanıram. Rodriqo geri qayıdıb və sabah oynamağa hazırdır”, – deyə mütəxəssis klubun rəsmi saytına açıqlamasında bildirib.

Baş məşqçi Vinisius Juniorun müqaviləsinin uzadılması ilə bağlı sualı da cavablandırıb:

“Bu məsələ mənlik deyil, klub və futbolçu arasında olan məsələdir. Əlbəttə, onun qalmasını və burada tarix yazmağa davam etməsini istəyirəm”.

Müdafiə xəttinin gücləndirilməsi ehtimalına toxunan Arbeloa heyətdən razı olduğunu vurğulayıb:

“Hazırkı heyətdən məmnunam. Zərurət yaranarsa, akademiyadan futbolçular cəlb edəcəyik. Orada bir neçə çox istedadlı gənc var”.

Qeyd edək ki, yanvarın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:00-da start götürəcək. “Real” hazırda La Liqanın turnir cədvəlində 48 xalla ikinci, “Vilyarreal” isə 41 xalla üçüncü pillədə qərarlaşıb.

Избранный
61
90deqiqe.az

1Источники