RU

“JEK”in evin hasarını sökmək səlahiyyəti var? –Xırdalanda baş verən hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Öncə hansısa tapşırıqlar verilir… Daha sonra evin hasarı dağıdılır…

NOCOMMENT.az xəbər verir ki, hadisə Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi döngə 1 ev 9 ünvanında baş verib. Ev sahibi Natiq Əkbərov onlara heç bir xəbərdarlıq edilmədən evinin hasarının qanunsuz söküldüyünü bildirir.

Natiq Əkbərov iddia edir ki, hasarının sökülməsinə səbəb isə evin köhnə sahibəsi ilə aralarında olan ədavətdir. Dediyinə görə, evi hazırda onunla qonşuluqda yaşayan Çimnaz Rzayeva adlı qadından alıb. Sənədlərdə aldığı evin torpaq sahəsi daha geniş göstərilsə də, əmlakın keçmiş sahibi bununla razılaşmır və hasar çəkməyə imkan vermir.

Natiq Əkbərov iddia edir ki, elə hasarın sökülməsini də Mənzil Kommunal İstismar Sahəsinin rəisindən qadın tələb edib.

5 saylı Mənzil Təsərrüfatı İstehsalat istismarı təmiri sahəsinin rəisi Solmaz İsmayılova hasarın sökülməsinin onun razılığı əsasında icra edildiyini bildirdi.

Problemdə adı hallanan digər şəxs – Çimnaz Rzayeva ilə də telefon əlaqəsi saxladıq. O isə baş verənləri təkzib etdi. Mənzilin ona məxsus olduğunu və qanunsuz olaraq müdaxilə edildiyini iddia etdi.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə mövqe bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
19
1
nocomment.az

2Источники