RU

TƏCİLİ! İrandan Bakıya ŞOK TƏHDİD

İranda fəaliyyət göstərən Fars News Agency informasiya agentliyi Azərbaycana qarşı təhdid xarakterli məqalə yayımlayıb.

NOCOMMENT.az xəbər verir ki, yazıda iddia olunur ki, guya Azərbaycan ərazisi İsrail qüvvələri tərəfindən istifadə edilir.

Məqalədə həmçinin bildirilir ki, ABŞ və İsrailin İrana hücumu baş verərsə, Tehran cavab olaraq Azərbaycana zərbə endirəcək. İran mediası bunu “qırmızı xətt” kimi təqdim edir və həmin xəttin artıq çəkildiyini vurğulayır.

İddiaya görə, bu xəttin keçilməsi Azərbaycanın birbaşa İranın hədəfinə çevrilməsi ilə nəticələnəcək.

Sözügedən materialda heç bir konkret fakt təqdim olunmadan Azərbaycan açıq şəkildə təhdid edilir ki, bu da regionda gərginliyi daha da artıran məsuliyyətsiz və təxribat xarakterli yanaşma kimi qiymətləndirilir.

Избранный
97
nocomment.az

1Источники