RU

Öldürdüyü kürd qadının saçını kəsdi də… – ŞOK VİDEO YAYILDI

Dünyanın müxtəlif ölkələrində yaşayan kürd qadınlar sosial şəbəkələrdə saçlarını hörərək videolar paylaşır və bunu simvolik etiraz aksiyasına çevirirlər. Kampaniya Dəməşqlə əlaqəli silahlı bir şəxsin öldürülmüş kürd qadın döyüşçünün kəsilmiş saç hörüyünü “müharibə qəniməti” kimi nümayiş etdirdiyi görüntülərə cavab olaraq başlayıb.

NOCOMMENT.az xəbər verir ki, müzakirələrə səbəb olan videoda silahlı şəxs mağazaya daxil olaraq gülümsəyir və əlində saxladığı saç hörüyünü göstərərək “Bu, bir havalın – yəni yoldaşın saçıdır” deyir. Kadrlarda onu çəkən digər şəxs istehzalı tonda “Niyə onun saçını kəsdin?” sualını verir. Cavab isə “Onsuz da ölü idi” olur.

Bəzi mənbələr həmin şəxsin Suriyada doğulmuş Rami əl-Dəhaş olduğunu və hazırda Türkiyənin cənub-şərqində, kürdlərin çoxluq təşkil etdiyi Şanlıurfada yaşadığını iddia edir. Lakin Rudaw bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.

Hadisə sosial mediada böyük etiraz dalğası yaradıb. Kürd qadınlar saçlarını hörərək paylaşımlar edir, bununla həm öldürülən döyüşçünün xatirəsini anır, həm də zorakılığa qarşı mövqelərini ortaya qoyurlar.

 

View this post on Instagram

 

A post shared by Kurdistani People (@kurdistanipeople)

Избранный
71
nocomment.az

1Источники