Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Dünyada mövcud beynəlxalq sistem artıq əvvəlki kimi işləmir.
BMT, Avropa qurumları və digər təşkilatlar illərlə qəbul etdikləri qərarları icra edə bilmədilər. Münaqişələri dayandırmaq əvəzinə çox vaxt selektiv mövqe nümayiş etdirdilər.
Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir
Azərbaycan da bunu öz üzərində yaşadı. Torpaqlarımız işğal altında olduğu illərdə qətnamələr kağız üzərində qaldı, beynəlxalq hüquq isə faktiki olaraq işləmədi.
Məhz bu reallıq fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın illər əvvəl səsləndirdiyi "dünya beşdən böyükdür" fikri bu gün daha aktual görünür.
Yəni taleləri bir neçə böyük gücün müəyyənləşdirdiyi köhnə sistem artıq effektiv deyil və yeni mexanizmlərə ehtiyac var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.