RU

ABŞ qoşunlarını Suriyadan tamamilə çıxaracaq

Rəsmi Vaşinqton ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması ehtimalını nəzərdən keçirir.

 

Bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.

 

“Suriya Prezidenti Əhməd əl-Şaraa ABŞ tərəfindən dəstəklənən kürd milislərini ölkənin şimal-şərqinə nəzarətdən məhrum etmək üçün addımlar atdığına görə Vaşinqton ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması ehtimalını nəzərdən keçirir”, - qəzetə adları açıqlanmayan ABŞ rəsmiləri bildiriblər.

 

Bu addım 2014-cü ildə başlayan ABŞ-ın Suriyadakı əməliyyatına son qoyacaq.

 

Qəzetin məlumatına görə, Suriyanın şimal-şərqindəki müxtəlif obyektlərə səpələnmiş təxminən 1000 ABŞ əsgəri var. Bildirilir ki, “Suriya Demokratik Qüvvələri” (PKK terror təşkilatının uzantısı-red.) tamamilə ləğv edilərsə, ABŞ rəsmiləri ABŞ qoşunlarını Suriyada saxlamaq üçün heç bir səbəb görmür.

Избранный
52
2
senzor.az

5Источники