Goranboyda qadın dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Balakürd kəndində baş verib. Kənd sakinin 1989-cu il təvəllüdlü E.Məmmədova huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı qadına zəhərlənmə diaqnozu təyin edilib. Dərhal qadına yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə 37 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov