Bakı. Trend:
Rumıniyanın Rabitə Administrasiyası və Tənzimlənməsi üzrə Milliİdarəsi (ANCOM) ilə Azərbaycan İnformasiya-KommunikasiyaTexnologiyaları Agentliyi (IKTA) arasında imzalanmış AnlaşmaMemorandumunun (MoU) əsas məqsədi elektron rabitə, poçt xidmətlərivə radio tezliklər spektrinin idarə olunması sahələrində ikitərəfliəməkdaşlıq üçün hüquqi öhdəlik yaratmayan çərçivə əsaslarınınmüəyyən edilməsidir.
Bu barədə Rumıniyanın Rabitə Administrasiyası və Tənzimlənməsiüzrə Milli İdarəsindən Trend-ə verilən müsahibədə bildirilib.
Qeyd olunur ki, sənəd çərçivəsində hər iki qurum ikitərəflidialoqu gücləndirmək, informasiya və qabaqcıl təcrübə mübadiləsiaparmaq, eləcə də milli qanunvericiliyə və beynəlxalq öhdəliklərəuyğun olaraq birgə texniki və tənzimləyici tədbirlər həyatakeçirmək niyyətindədir.
“İndiki mərhələdə memorandum konkret layihələri və ya onlarınicra qrafikini müəyyən etmir. Bu isə çeviklik yaradır və gələcəktəşəbbüslərin qarşılıqlı razılaşma və mövcud resurslar nəzərəalınmaqla uzlaşdırılmasına imkan verir. Mümkün əməkdaşlıqformalarına görüşlər, seminarlar, təlim proqramları, təcrübəmübadiləsi və tənzimləyici məsələlər üzrə beynəlxalq müzakirələrdəiştirak daxildir”, – deyə idarədən bildirilib.
Sənəddə telekommunikasiya şəbəkələrinin və xidmətlərinintəhlükəsizliyinə və dayanıqlılığına xüsusi diqqət yetirilib.Memorandum hər iki tərəfin səlahiyyətləri çərçivəsində kiberrisklərvə fövqəladə hallar da daxil olmaqla çağırışlara hazırlığıngücləndirilməsi üçün imkanlar açır.
Xatırladaq ki, MoU 18 noyabr 2025-ci il tarixində ANCOM-unprezidenti Valeriu Ştefan Zqonya və Azərbaycanın IKTA-nın İdarəHeyətinin sədri Nail Mərdanov tərəfindən imzalanıb.