RU

Fransızlar rus neft tankerini belə ələ keçirdilər - Anbaan video

Fransa sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiyanın kölgə donanmasının bir hissəsi olduğunu iddia edərək Aralıq dənizində neft tankerini ələ keçirib.

Ölkə.az xəbər verir ki, rus tankerinin ələ keçiirlmə anı anbaaan videoya çəklib.
 Fransa ordusu Britaniya donanmasının dəstəyi ilə ötən gün İspaniya və Mərakeş arasında tankerə basqın ediblər. 

Fransa hakimiyyəti Rusiyanın şimalındakı Murmansk limanından yola düşən "Grinch" tankerinin saxlanıldığını və əsgərlərin tankerə mindiyini bildirib. Fransa dəniz rəsmiləri bildiriblər ki, tankerin axtarışı onun bayrağının etibarlılığına dair şübhələri təsdiqləyib. Tankerin marşrutu dəyişdirilib, lakin yeni marşrutla bağlı heç bir məlumat paylaşılmayıb.

Fransa Prezidenti Emmanuel Makron məsələ ilə bağlı verdiyi açıqlamada "Grinch" tankerinin "beynəlxalq sanksiyalara məruz qaldığını və saxta bayraq altında fəaliyyət göstərməkdə şübhəli bilindiyini" bildirib və əlavə edib: "Biz beynəlxalq hüququ müdafiə etməkdə və sanksiyaların effektiv şəkildə tətbiqini təmin etməkdə qərarlıyıq".

Makron tankerin kursunun dəyişdirildiyini bildirərərk deyib ki, kölgə donanmasının fəaliyyəti Ukraynaya qarşı təcavüzkar müharibənin maliyyələşdirilməsinə töhfə verir.

Böyük Britaniyanın müdafiə naziri Con Hili isə deyib ki, tankerin ələ keçiriməsi üçün Britaniya donanması izləmə və monitorinq dəstəyi verib. "Müttəfiqlərimizlə birlikdə Putinin Ukraynaya qanunsuz müdaxiləsinin maliyyələşdirilməsini dayandırmaq üçün kölgə tankerinə qarşı reaksiyamızı artırırıq", - biritaniyalı nazir qeyd edib.

 Mürtəza

Избранный
30
3
olke.az

4Источники