Ajans.az xəbər verir ki, hadisə rayonun Balakürd kəndində baş verib. Kənd sakini 1989-cu il təvəllüdlü E.Məmmədova huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı qadına zəhərlənmə diaqnozu təyin edilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 37 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır./unikal