Olaylar.az xəbər verir ki, bu barədə yüksək vəzifəli iranlı rəsmi anonimlik şərti ilə jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, bu dəfə Tehran istər məhdud, istər qeyri-məhdud, istər "cərrahi", istərsə də kinetik adlandırılan istənilən hücumu İran əleyhinə açılmış müharibə kimi qəbul edəcək və ən sərt şəkildə cavablandıracaq.
İranlı rəsmi qeyd edib ki, hazırda Tehran 12 günlük müharibə dövrü ilə müqayisədə xeyli daha əlverişli vəziyyətdədir.
Xatırladaq ki, ötən cümə axşamı ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin "ehtiyat tədbiri olaraq" İran istiqamətində hərəkət etdiyini bildirib. Bundan əvvəl isə o, İrana hərbi müdaxilə variantının gündəmdən çıxarılıb-çıxarılmadığı sualına dəqiq cavab verməyərək, gələcəkdə nə baş verəcəyini deyə bilməyəcəyini vurğulamışdı.