RU

Azərbaycan millisi Danimarkaya qarşı

Bu gün Azərbaycanın futzal millisi təlim-məşq toplanışı çərçivəsində 2-ci yoldaşlıq oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, komanda Danimarka yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək oyun saat 16:00-da start götürəcək. Görüşü Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu kollektivlər yanvarın 22-də də qarşılaşıblar və Danimarka millisi 4:1 hesablı qələbə qazanıb.

Избранный
54
2
unikal.az

5Источники