RU

Dalton İntizar saxlanıldı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Türkiyədə fəaliyyət göstərən “Daltonlar” adlı mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərindən biri Azərbaycanda saxlanılıb.Demokrat.az xəbər verir ki,  “Dalton İntizar” ləqəbi ilə tanınan İntizar Babaniyazov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı tutulub. Saxlanılma Türkiyə və Azərbaycan polisinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.Bildirilir ki, İntizar Babaniyazov “Daltonlar” qruplaşmasının xaricdəki fəaliyyətində aktiv rol oynayıb. O, Türkiyədə silahlı hücumların təşkili, hədələyici zənglər və xərac tələb etmə kimi ağır cinayətlərdə şübhəli bilinir.Saxlanıldıqdan sonra Babaniyazov barəsində hüquqi prosedurlar başlanıb. Daha sonra o, Türkiyəyə təhvil verilib və İstanbul məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, “Daltonlar” cinayətkar dəstəsi son illər Türkiyədə bir sıra rezonans doğuran cinayət hadisələri ilə gündəmə gəlib və qruplaşmaya qarşı genişmiqyaslı əməliyyatlar davam etdirilir.Kənan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
demokrat.az

1Источники