RU

Vens gələn ay Azərbaycana səfər edəcək

ABŞ-nin vitse-prezidenti C.D. Vens fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək.

"Cebheinfo.az" "Yeni Sabah"-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media platforması "Truth Social"da yazıb.

ABŞ Prezidenti öz paylaşımında Ermənistan və Azərbaycan liderlərinə təşəkkürünü bildirib.

"Keçən avqust ayında imzaladığımız Sülh Sazişinə hörmət etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Paşinyana təşəkkür etmək istəyirəm. Bu, dəhşətli bir müharibə idi, mənim başa vurduğum səkkiz müharibədən biri idi, amma indi bizdə rifah və sülh var".

"Vitse-prezident Vens sülh səylərimizi inkişaf etdirmək və "Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu"nu irəlilətmək üçün fevral ayında hər iki ölkəyə səfər edəcək. Azərbaycanla strateji tərəfdaşlığımızı gücləndirəcək, Ermənistanla əla mülki nüvə əməkdaşlığı müqavilə imzalayacaq, ən böyük yarımkeçirici istehsalçılarımızla müqavilələr bağlayacaq və Azərbaycana ABŞ istehsalı olan müdafiə avadanlıqları, məsələn, zirehli gödəkcə, qayıqlar və daha çox şey satacağıq", - deyə Tramp əlavə edib.

"Cebheinfo.az"

Избранный
48
4
cebheinfo.az

10Источники