
Niderland ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulmayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Krallığın xarici işlər naziri David van Vil “NPO2” telekanalına müsahibəsində bildirib.
“Xeyr, biz Sülh Şurasına qəti şəkildə qoşulmayacağıq”, - van Vil bildirib.
Onun sözlərinə görə, əksər AB ölkələri də yeni təşkilata qoşulmaqdan imtina edib.
Lakin nazir qeyd edib ki, hazırda ən vacib məsələ Qəzza zolağı üçün mövcud sülh planının həyata keçirilməsidir.