Bakı, 24 yanvar, AZƏRTAC
İtaliya A Seriyasında XXII tura start verilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri "İnter" doğma meydanda "Piza" ilə qarşılaşıb. 8 qolun vurulduğu matçda Milan klubu sevinən tərəf olub - 6:2.
Hazırda 52 xala malik "İnter" birinci yerdə qərarlaşıb.