RU

Azərbaycan Gürcüstana 52,3 ton dondurma satıb

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ötən il Gürcüstan Azərbaycandan 191,3 min ABŞ dolları dəyərində 52,3 ton dondurma idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricidən dəyər ifadəsində 10 dəfə, kəmiyyət olaraq – 7,4 dəfə çoxdur.

2025-ci ildə Gürcüstan xarici ölkələrdən 7,5 milyon ABŞ dolları dəyərində 1 min 397 ton dondurma alıb ki, bu da bir il əvvəlki göstəricidən müvafiq olaraq 9 % və 12 % çoxdur.

Hesabat dövründə Gürcüstan Türkiyədən 2,2 milyon ABŞ dolları dəyərində 299 ton, Ukraynadan 1,5 milyon ABŞ dolları dəyərində 374 ton, Rusiyadan 878 min ABŞ dolları dəyərində 120 ton, Ermənistandan 765 min ABŞ dolları dəyərində 191 ton, Fransadan 625 min ABŞ dolları dəyərində 102 ton məhsul idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 6,84 milyon ABŞ dolları dəyərində 1 min 241 ton dondurma alıb ki, bunun da 19 min ABŞ dolları dəyərində 7,2 tonu Azərbaycanın payına düşüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
2
cebheinfo.az

3Источники