RU

TUSAŞ KAAN döyüş təyyarəsinin prototiplərinin uçuş qrafikini açıqladı

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən KAAN döyüş təyyarəsinin uçuş sınaqları üçün nəzərdə tutulmuş ilk prototipi cari ilin iyun ayına qədər hazır olacaq.

“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu “SAHA Sohbet” proqramındakı müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu prototipin aprelin sonlarına qədər uçuş üçün tam hazır edilməsi və uçuşunun həyta keçirilməsi planlaşdırılsa da, bəzi ləngimələr səbəbindən bu tarix iyuna qədər uzanıb.

Baş direktor vurğulayıb ki, təyyarənin ikinci prototipinin cari ilin sonuna qədər, üçüncü prototipinin isə 2027-ci ilin əvvəllərinə qədər uçuş sınaqlarına başlaması planlaşdırılır.

Избранный
55
poliqon.az

1Источники