Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında keçirilən danışıqların əsas mövzusunun ərazi məsələsi olduğunu bildirib.
“AzPolitika” bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Zelenski qeyd edib ki, ən vacib məsələ Rusiyanın özünün başladığı müharibəni bitirməyə hazır olub-olmamasıdır. Onun sözlərinə görə, o, ukraynalı danışıqlar aparan nümayəndələrlə daim əlaqə saxlayır, lakin cümə günü keçirilən danışıqların nəticələri barədə hələlik yekun fikir bildirmək tezdir.
“Görək sabah söhbət necə davam edəcək və hansı nəticə əldə olunacaq”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, eyni zamanda nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov isə bildirib ki, danışıqlar zamanı müharibənin dayandırılması parametrləri və “danışıqlar prosesinin gələcək məntiqi” müzakirə olunub.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.