RU

ABŞ-ın yeni milli müdafiə STRATEGİYASI – Ağ Evin üç strateji HƏDƏFİ

ABŞ-ın yenilənmiş milli müdafiə strategiyasında əsas prioritetlər açıqlanıb.

Bizim.Media xəbər verir ki, sənədə əsasən, Vaşinqton üçün əsas prioritetlər Çinin qarşısının alınması və ABŞ ərazisinin müdafiəsidir.

Rusiya isə NATO-nun şərq üzvü olan ölkələr üçün “davamlı, lakin idarəolunan” təhlükə kimi qiymətləndirilir.

Strategiyada vurğulanır ki, Rusiya hələ də əhəmiyyətli hərbi və sənaye ehtiyatlarına malikdir və öz sərhədləri yaxınlığında uzunmüddətli müharibə aparmağa hazır olduğunu nümayiş etdirir.

Eyni zamanda bildirilir ki, ABŞ-ın NATO üzrə müttəfiqləri Rusiyadan xeyli güclüdür və bu fərq ciddi hesab olunur.
 

Xüsusilə qeyd edilir ki, Almaniyanın iqtisadiyyatı Rusiyanın iqtisadiyyatını üstələyir. Bu səbəbdən Avropanın müdafiəsində əsas məsuliyyət müttəfiqlərin üzərinə düşəcək, ABŞ isə yalnız həyati əhəmiyyətli dəstək göstərməklə kifayətlənəcək.


Bununla belə, ABŞ Rusiya təhlükəsini nəzərə alaraq silahlı qüvvələrinin yerləşdirilməsi və fəaliyyətini tənzimləməklə NATO-da aparıcı rolunu davam etdirəcək.

Sənədə əsasən, Ukraynanın müdafiəsində aparıcı rol Avropa müttəfiqlərinə keçməlidir və bu məsələ Avropanın məsuliyyəti kimi dəyərləndirilir.

Yenilənmiş strategiyada Qrenlandiya, Panama kanalı və Arktikanın ABŞ-ın əsas strateji maraq nöqtələri olduğu xüsusi vurğulanır.
 

Bundan əlavə, qeyd olunur ki, İran rejimi hərbi potensialını artırmaqda davam edir, yenidən nüvə silahı əldə etməyə cəhd göstərə bilər və bu, ABŞ, İsrail və regional sabitlik üçün təhlükə yaradır.


Sənədə görə, Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı əsas yükün Cənubi Koreyanın üzərinə düşməsi nəzərdə tutulur.

Bizim.Media

Избранный
39
1
bizim.media

2Источники