RU

Türkiyədə zəlzələ oldu


Türkiyənin Balıkesir vilayətində 5,1 bal gücündə zəlzələ olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:24-də Balıkesir şəhərindən 62 km cənub-şərqdə Sındırğı rayonunda qeydə alınıb.
Zəlzələ ocağı 11,04 km dərinlikdə yerləşib.
Təbiət hadisəsi İstanbul, İzmir və digər ərazilərdə hiss olunub.
Избранный
109
3
yeniavaz.com

10Источники