RU

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı artıb

Bakı. Trend:

Bu ilin yanvarın 1-I tarixinədək Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarında 5 591 mikro, kiçik, orta və iri sahibkarlıqsubyekti, eləcə də 99 913 fərdi sahibkar fəaliyyət göstərib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədəmüvafiq olaraq 351 vahid (6,7%) və 5 114 vahid (5,4%) artımdeməkdir.

Belə ki, hesabat ilində mikro sahibkarlıq subyektlərinin sayıQarabağ iqtisadi rayonu üzrə 4 174, Şərqi Zəngəzur iqtisadi rayonuüzrə 968 nəfər olub. Bu da ölkə üzrə ümumi sahibkarlıqsubyektlərinin müvafiq olaraq 2,2%-i və 0,5%-i deməkdir.

Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda248 (ümumi saya görə 2%), Şərqi Zəngəzur iqtisadi rayonunda 56(ümumi saya görə 0,4%) təşkil edib. Orta sahibkarlıq subyektlərininsayı Qarabağ iqtisadi rayonunda 107 (ümumi saya görə 2,5%), ŞərqiZəngəzur iqtisadi rayonunda isə 20 (ümumi saya görə 0,5%) olub.Eyni zamanda hesabat dövründə Qarabağ iqtisadi rayonunda 13 (ümumisaya görə, 1,3%), Şərqi Zəngəzur iqtisadi rayonunda 5 (ümumi sayagörə, 0,5%) iri sahibkarlıq subyekti qeydə alınıb.

1 yanvar 2026-cı il tarixinə Qarabağ iqtisadi rayonunda 92 276(ümumi saya görə 6,3%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 7 637(ümumi saya görə 0,5%) fərdi sahibkar fəaliyyət göstərib.

Избранный
103
3
az.trend.az

4Источники