RU

Rusiya Poroşenkonun fabrikini vurdu – VİDEO

Rusiya ordusunun Kiyevə endirdiyi zərbə nəticəsində paytaxtda yerləşən “Roshen” şirkətinin konditer fabrikinə ziyan dəyib.

Bizim.Media xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Kiyev üzrə Fövqəladə Hallar Dövlət Xidmətinə istinadən məlumat yayıb.
 

Məlumata görə, konditer fabrikinin yuxarı mərtəbəsi zədələnib. Hücum nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə xəsarət alıb.


Qeyd edək ki, “Roshen” şirkəti Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkoya məxsusdur.


Bizim.Media

Избранный
52
10
bizim.media

10Источники