RU

Dəhşətli QƏZA: ÖLƏN VAR

Ağdaşda 3 həftə əvvəl avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb.

Busaat.az xəbər verir ki,piyadanın ağır xəsarət alması ilə nəticələnən hadisə ötən il dekabr ayının 29-da Ağdaş rayonunun Pirəzə kəndinin ərazisində baş verib.

Belə ki, Tərlan Məmmədov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə yolu keçən piyada, 1974-cü il təvəllüdlü Oktay Əsədovu vuraraq ona çoxsaylı bədən xəsarətləri yetirib.

Xəstəxanaya yerləşdirilmiş O.Əsədov həkimlərin cəhdlərinə baxmayaraq orada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir./unikal

Избранный
14
1
busaat.az

2Источники